Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2025 / 11:59

Zelenskidən etiraf: Ukraynanın NATO-ya qəbulu hazırda mümkün deyil

Kiyev rejiminin lideri Vladimir Zelenski etiraf edib ki, Ukrayna hazırda NATO-ya üzv ola bilməz.

Tezadlar.az xəbər verir ki, o, “Sky News”-a müsahibəsində “Bu gün bu mümkün deyil” deyib.

Eyni zamanda, Zelenski Kiyevin bir gün NATO-ya üzv olmaq fikrindən imtina edib-etməməsi sualına cavab verməkdən yayınıb.

Zelenski “Ukrayna kimi müttəfiqin olmasının” alyansın özü üçün guya faydalı olduğuna dair çoxsaylı bəyanatlarını bir daha təkrarlayıb.

Bundan əvvəl G7 sammitinin yekun günündə G7 ölkələri ABŞ-ın etirazlarına görə Ukrayna ilə bağlı birgə bəyanat verməkdən imtina etmişdilər.

Hollandiyanın müdafiə naziri Ruben Brekelmans bəyan etmişdi ki, Ukraynanın yaxın gələcəkdə NATO-ya daxil olmaq perspektivi yoxdur.

Xatırladaq ki, NATO sammiti iyunun 24-25-də Haaqada keçiriləcək. Zelenski qonaq qismində orada olacaq. Sammit çərçivəsində Ukrayna-NATO görüşü nəzərdə tutulmayıb. Bununla belə, alyans Kiyev rejiminin liderinin iştirak edə biləcəyi müdafiə forumunun iclasını keçirəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!