Amerikalı milyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin rəhbəri İlon Mask ukraynalı gənclər cəbhədə həlak olarkən Vladimir Zelenskinin məşhur jurnallar üçün fotosessiyaya vaxt tapmasından qəzəblənib.
Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində bildirib.
Biznesmen 2022-ci ilin yayında “Vogue” jurnalında dərc olunan Zelenski və xanımı Yelenanın fotolarına münasibət bildirib.
Qeyd edək ki, fotoları məşhur fotoqraf Enni Leybovitz çəkib.
“O, bunu gənclər cəbhədə səngərlərdə ölərkən etdi”, – Mask yazıb.
Bundan əvvəl departament rəhbəri bildirib ki, Zelenski yeni prezident seçkilərinə razılıq verənə və ölkədə azad medianı bərpa etməyənə qədər Ukrayna xalqı adından danışa bilməz. Bundan bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp ukraynalı siyasətçini “seçkisiz diktator” adlandırmışdı.
ELBAR