Zelenskinin ofisi Rusiya ilə atəşkəsə qarşı çıxış edir

Oxunma sayı: 295

Kiyev üçün zəmanət olmadan Ukraynada atəşkəs çağırışları Rusiyanın xeyrinədir.

Tezadlar.az bildirir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak öz Telegram kanalında məlumat verib.

“Ukraynada atəşkəs çağırışları indi yalnız Kremlin xeyrinə oynayır. Zəmanətsiz və ədalətsiz istənilən “atəşkəs” yalnız yeni təcavüzün qapısını açacaq. Sanksiyaların yumşaldılması, güzəştə getmək və ya Kremlin şərtləri ilə danışıqlar aparmaq tələdir”, – o yazıb.

Siyasətçi vurğulayıb ki, Rusiya tərəfi guya atəşkəsdən yenidən qruplaşmaq, sanksiyalardan yan keçmək və əlverişli anda münaqişəni bərpa etmək üçün istifadə etmək niyyətindədir. Onun sözlərinə görə, sülhə nail olmağın yeganə yolu “Rusiya Federasiyasının imperiya ambisiyalarının məğlubiyyətidir”.

E.ŞİRİNOV

Xəbəri paylaş

22 İyun