Son bir neçə gündə Zelenskinin reytinqi ikiqat artıb… Hətta ABŞ- da əhalinin sorğuda iştirak edən hissəsinin 42 faizi Zelenskini Trampla mübahisəsində haqlı sayıb, Rusiyanı cəmi 4 faiz dəstəkləyib…
XXX
Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və vitse-prezidenti Ceyms Devid Vens ilə bağlı insidentin səbəblərini başa düşdüyünü, lakin baş verənləri müzakirə etmək niyyətində olmadığını bildirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, prezident bu barədə Londonda keçirilən sammitin yekunları üzrə Ukrayna və Britaniyadan olan KİV nümayəndələri ilə söhbəti zamanı söyləyib. Sitat: “Hər şey məlumdur… Mən orada baş verənləri müzakirə etmək istəmirəm. Düşünmürəm ki, bu formatda güclü əlaqələr qurmağa davam etmək olar. Əminəm ki, bu vəziyyət keçəcək. Qarşıda daha vacib şeylər var və hamımız konstruktiv olmağa davam etsək, o zaman müsbət nəticə əldə olunacaq”.
Zelenski əlavə edib ki, insidentin mahiyyətini başa düşsə də, təfərrüatları özündə saxlamağa üstünlük verir. O, həmçinin müttəfiqlərdən, o cümlədən də amerikalılardan konstruktiv dialoqu davam etdirəcəklərini gözlədiyini söyləyib və onları kimin təcavüzkar olduğunu xatırlamağa çağırıb.
Rusiya rəhbərliyi isə hələki nəticəsiz başa çatan Tramp- Zelenski görüşündən çox məyyus görünür. Bunu Rusiya TV- lərində efirə yol açan verilişlərdən də görmək olar.
A.Məmmədli