Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, Ukrayna ABŞ Prezidenti Donald Trampın sülh planına cavab olaraq qoşunların Donbasdan çıxarılması və NATO üzvlüyündən imtinası ilə bağlı təklifləri rədd edib. Tezadlar.az xəbər verir ki, Kiyevin cavabının təfərrüatlarını “New York Times” açıqlayıb. “Cavabda bildirilib ki, Kiyev Ukraynanın şərqindəki ərazilərə nəzarəti saxlamalıdır. ABŞ-nin Ukraynanın NATO-ya üzv olmaq hüququndan imtina etməsi tələbi də rədd edilib”, – məlumatda deyilir. Qeyd olunub ki, Trampın Donbasın Rusiyaya verilməsi və alyansdan imtinası tələbləri Kiyevin “qırmızı xətlərini” keçir. Məqalədə vurğulanıb ki, cavab Ukrayna Prezidenti Volodimir Zelenskinin London, Brüssel və Romaya səfərlərindən sonra hazırlanıb.
Tramp administrasiyası isə hələki Zelenskinin bu mövqeyinə susur.
Elbar