Zelenskinin Vatikanda Trampa müraciəti üzə çıxıb

Oxunma sayı: 242

Ukrayna prezidenti Vladimir Zelenski Vatikanda Amerika lideri Donald Trampdan Ukraynadakı münaqişənin həlli prosesini tərk etməməyi xahiş edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Economist” yazır.

Ukrayna mənbələri nəşrə bildiriblər ki, Zelenski 15 dəqiqədən istifadə edərək Trampa Ukraynanın qeyd-şərtsiz atəşkəsə hazır olduğunu, lakin Rusiyanın buna hazır olmadığını bildirib. O, həmçinin təkid edib ki, Tramp münaqişənin həlli prosesindən əl çəkməməlidir, çünki yalnız o, sülhü təmin edə bilər.

Bundan əvvəl Tramp Ukrayna lideri Vladimir Zelenski ilə görüşün yaxşı keçdiyini və Vaşinqtonun yaxın günlərdə hadisələri izləyəcəyini bildirib.

“Mən görürəm ki, o, sakitləşib. Düşünürəm ki, o, vəziyyəti başa düşür. Məncə, o, razılaşmaq istəyir”, – Tramp deyib.

Bundan əvvəl Tramp Zelenskinin Krımla bağlı iddialarından imtina etməyə hazır olduğunu açıqlamışdı. Siyasətçi onu da xatırladıb ki, Krım Barak Obama ABŞ prezidenti olanda Rusiyanın tərkibinə daxil olub.

E.ŞİRİNOV

Xəbəri paylaş

23 May