Əsas məzmuna keç

Zəlimxan Yaqubun ata evində olan səfir muzeyin tikintisinə dəstək olunacağına söz verdi!

Srağagün Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Azərbaycanın görkəmli xadimi, Xalq şairi Zəlimxan Yaqubun doğulub boya-başa çatdığı ocağı ziyarət edib. Tezadlar.az  xəbər verir ki, səfir şairin anası ilə görüşərək onun səhhəti və vəziyyəti ilə maraqlanıb, Zəlimxan Yaqubun həyat və yaradıcılığı ilə bağlı xatirələri dinləyib.

Səfir F.Quliyev, həmçinin Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə yerində tanış olub, layihənin əhəmiyyətini vurğulayıb və tikinti prosesinə dəstək göstəriləcəyini bildirib. Qeyd olunub ki, Zəlimxan Yaqubun zəngin ədəbi irsinin, milli-mənəvi dəyərlərə bağlılığının və əziz xatirəsinin gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…