Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıq 800-ü ötüb. Tezadlar.az CNN- türk- ə istinadla xəbər verir ki, bu barədə “Myanmar Now” portalı məlumat verib. Qurbanların sayının artacağı istisna deyil. Xilasetmə işləri davam edir. Xatırladaq ki, yeraltı təkanlar 694 nəfərin həyatına son qoyub, 1 670 şəxs zəlzələ nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hətta dünən- martın 28-də qeydə alınan güclü təkanlar demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış binaları, inzibati binalar və xəstəxanalar uçub.
Digər ölkələrdən də xilasetmə işlərinə kömək gəlməkdədir.
Elbar