28 Fevral 2026 / 07:23

Zəlzələ Şamaxıdan əl çəkmir- BƏS TARİXDƏ HANSI ZƏLZƏLƏLƏRİ GÖRÜB?

Ardıcıl baş verən zəlzələ Şamaxıda ciddi narahatlığa səbəb olub. Ötən gecə artıq üçüncü zəlzələ də qeydə alınıb.
Rayonun Nağaraxana kəndindən olan Toğrul adlı şəxs tezadlar.az-a bildirib ki, kənddə hər hansı dağıntı baş verməyib, lakin istər- istəməz ehtiyatlı davranırıq ki, birdən daha güclü zəlzələ baş verə bilər.

Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, zəlzələnin gücü təxminən 4 bal olub, yeraltı təkanın mərkəzi isə təxminən 13 kilometr dərinlikdə qeydə alınıb.

Ötən illərdə də Şamaxı və Ağsu ərazilərində oxşar zəlzələlər baş vermişdi və bu torpaq sürüşmələrinə səbəb olmuşdu.

Şamaxı zəlzələləri:

  • 1191-ci il zəlzələsi elə güclü idi ki, Şirvanın paytaxtı Bakıya köçürüldü.
  • 1667-ci il zəlzələsi zamanı 80 000 adamın həlak oldugu və şəhərin üçdən birinin dağılması ilə ən pis zəlzələ kimi yadda qalmışdır.
  • 1856-cı il zəlzələsi böyük dağıntı və tələfat törədib
  • 2 dekabr, 1859-cu il zəlzələsi zamanı quberniya mərkəzi Bakıya köçürüldü.
  • 1861-ci il zəlzələsi böyük dağıntı və tələfat törədib
  • 1872-ci il zəlzələsi böyük dağıntı və tələfat törədib
  • 1902-ci il zəlzələsi zamanı X əsrdə inşa edilmiş Cümə məscidi də zədələnmişdir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!