Zəngəzur dəhlizi nə vaxt açılır? “Orta Dəhlizin inkişaf etdirilməsi son dərəcə kritik məsələdir…”,- deyən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərquli Ataquliyevlə birgə mətbuat konfransı zamanı bu suala cavab verib. Tezadlar.az Haber- Türk- ə istinadla bildirir ki, Yılmaz əlavə edib ki, bununla bağlı Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması və Zəngəzur dəhlizinin açılması Orta Dəhlizi daha da cəlbedici edəcək. Cevdet Yılmaz, həmçinin, Türkmənistan qazının Türkiyə vasitəsilə Avropa və dünya bazarlarına çıxarılması istiqamətində işlərin davam etdirildiyini də vurğulayıb.
Beləliklə, Ermənistanın siyasi rəhbərliyinin aldadıcı səylərinə və maneçiliklərinə baxmayaraq Zəngəzur dəhlizinin açılması bölgə ölkələrinin siyasi maraqlarında mühüm yer tutur və mütləq açılmalıdır.
A.Məmmədli