Əsas məzmuna keç

Zərifə Əliyeva küçəsində sürücülər üçün xüsusi dayanma yeri

Bakının Səbail rayonunun Zərifə Əliyeva küçəsi, giriş 57 ünvanında avtobus zolağında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yer yaradılıb və müvafiq lövhə yerləşdirilib.

Bu barədə Tezadlar.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Qurum bildirir ki, minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…