Əsas məzmuna keç

Zeynəb Xanlarovanın səhhəti ilə bağlı yeni açıqlama

Xalq artisti Zeynəb Xanlarovanın səhhəti ilə bağlı məlumat yayılıb.

Yayılan məlumatlarda sənətçinin əməliyyat olunduğu iddia edilib.

Tezadlar.az xəbər verir ki, Zeynəb Xanlarova hazırda İstanbulda istirahət edir.

Mənbənin bildirdiyinə görə, Xalq artisti heç bir əməliyyat keçirməyib.

“Zeynəb xanım heç bir əməliyyat olunmayıb. Hər yay İstanbula istirahətə gəlir. Hazırda Bakıda “Formula-1″ə görə yollar bağlı olduğu üçün bu dəfə səfər müddətini bir qədər uzadıb. Əhvalı çox yaxşıdır və səhhəti ilə bağlı heç bir problemi yoxdur”, – deyə mənbə bildirib.

————-

Xalq artisti Zeynəb Xanlarova əməliyyat olunub.

Tezadlar.az olay.az-a istinadən xəbər verir ki, 89 yaşlı sənətkar Türkiyədə implant əməliyyatı keçirib.

Prosedur uğurlu keçib və Xanlarova qısa zamanda sağalıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…