SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva Çin Neft Universitetinin vitse-prezidenti Li Jingyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tezadlar.az xəbər verir ki, görüşdə Bakı Ali Neft Məktəbi (BANM) ilə Çin Neft Universiteti arasında həyata keçirilən əməkdaşlıq yüksək qiymətləndirilib. Bu əməkdaşlığın gələcək mərhələlərdə daha da genişləndirilməsi imkanları müzakirə edilib.
Ziba Mustafayeva hər iki universitet arasında dayanıqlı enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin, süni intellekt və bərpa olunan enerji sahəsində təcrübə mübadiləsinin artırılmasının vacibliyini vurğulayıb. O, həmçinin tələbə və akademik heyətin mübadiləsinin artırılması məsələlərini də yüksək qiymətləndirib.
Daha sonra Çin Neft Universiteti ilə SOCAR-ın müvafiq qurumları arasında informasiya və rəqəmsal texnologiyalar, elmi-tədqiqat sahələrində birgə araşdırmaların aparılması məqsədilə növbəti mərhələlərdə ikitərəfli görüşlərin keçirilməsi təklif olunub.
Y.Məmmədli