Türkiyənin Zonquldak bölgəsindəki mədəndə baş verən partlayışda ölənlərin sayı artıb.
Tezadlar.az xəbər verir ki, partlayış nəticəsində 3 işçi həlak olub, 5 nəfər yaralanıb, onlardan 2-sinin vəziyyəti ağırdır.
__________
Türkiyənin Zonquldak vilayətinin Kilimli rayonunda yerləşən özəl mədəndə metan qazı partlayışı baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hadisə Gelik qəsəbəsindəki mədəndə qeydə alınıb. Partlayışdan sonra əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub.
Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıblar. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma başlanılıb.







