10 Aprel 2025 / 12:48

10 aprel tarixində birjalarda neftin qiyməti daha da ucuzlaşdı

Bu gün dünya birjalarında neft bir qədər də ucuzlaşıb.

TEZADLAR.AZ  xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,45 dollar azalaraq 65,03 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,35 dollar azalaraq 62 dollar təşkil edib.

Nəzərinizə çatdıraq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,54 dollar və ya 5,23 faiz azalaraq 64,11 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!