Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu ilin ilk 10 ayında Azərbaycan 3,2 milyon ABŞ dolları dəyərində 318 ton püstə idxal edib.
Tezadlar.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 20 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 1,5 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 36 % çox) 203 ton (+35 %), Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində (+4 %) 87,6 ton (+0,7 %), Özbəkistandan 464,6 min ABŞ dolları dəyərində (+5,6 dəfə) 23 ton (+4 dəfə), Amerika Birləşmiş Ştatlarından 31,6 min ABŞ dolları dəyərində (-85 %) 3 ton (-86 %) və Əfqanıstandan 13 min ABŞ dolları dəyərində 1 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 336 ton püstənin 52 %-i İranın, 35,4 %-i Türkiyənin payına düşüb.