10 Aprel 2025 / 09:11

42 Ukrayna PUA-sı Rusiya bölgələri üzərində vurulub

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiya Federasiyasının yeddi rayonu üzərində 42 Ukrayna PUA-sını məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Aprelin 9-u Moskva vaxtı ilə saat 20:15-dən aprelin 10-u saat 06:00-a qədər olan müddətdə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 42 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib: 13-ü Bryansk vilayəti, 12-si Kaluqa vilayəti, 7 PUA Kursk vilayəti ərazisi üzərində, 4-ü Belqorod vilayəti və Krım Respublikası, 1 PUA Oryol vilayəti və Moskva vilayəti əraziləri üzərində”, – məlumatda deyilir.

Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşanın sözlərinə görə, Ukrayna PUA-larının bölgəyə hücumu nəticəsində ölən olmayıb və ya infrastruktura ziyan dəyməyib.

“Ötən gecə hava hücumundan müdafiə qüvvələri regionda 12 PUA-nı məhv edib. Kirovski rayonunda səkkiz PUA. Jukovski rayonunda iki PUA. Bir PUA Suxiniçski rayonunda, bir PUA isə Obninsk şəhərinin kənarında məhv edilib. Əməliyyat qrupları məhvetmə məntəqələrində işləyir”, – o, Telegram kanalında yazıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!