Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyasının yeni mərhələsi Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayacaq…”. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla bildirir ki, bu barədə Ermənistanın Tavuş vilayətindən olan jurnalist Voskan Sarkisyan bildirib. Qeyd olunur ki, Ermənistanın Noyemberyan rayonunun Koğb və Berdavan kəndlərinin yerləşdiyi bu ərazilərin müəyyən hissəsi demarkasiyadan sonra Azərbaycana veriləcək. Sitat: “Tavuş sərhəd zonasında xidmət edən müqaviləli hərbçilər qeyd edirlər ki, həmin ərazidə demarkasiyaya aprelin 15-də başlanmalı idi. Demarkasiya ona görə ləngiyir ki, yeni sərhədlərdən sonra bəzi ərazilər Azərbaycana veriləcək, erməni mövqeləri arxa cəbhəyə keçəcək, amma yeni erməni mövqeləri hələ hazırlanmayıb və müvafiq materiallarla təchiz olunmayıb. Sərhədçilər bildiriblər ki, yeni sərhəd xətti ermənilərin Qırants, Berkaber kəndlərinin yaxınlığından keçəcək”.