28 Noyabr 2025 / 20:41

95 yaşlı sürücü Ginnes rekordunu qırdı

27 ildir şəhər avtobuslarını idarə edən 95 yaşlı ABŞ sakini Ginnesin Rekordlar Kitabında dünyanın ən yaşlı avtobus sürücüsü adına layiq görülüb.

Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, mayın 13-də Uiçita-Folsdan olan Reymond Haqerin yaşı və aktiv avtobus sürücüsü statusu Ginnesin Rekordlar Kitabı tərəfindən təsdiqlənəndə 94 yaşı 176 günlük olub.

“Mən dünyanın ən yaşlı avtobus sürücüsüyəm”, – Haqer deyib.

Raymond deyir ki, 14 yaşında maşın sürməyə başlayıb və tezliklə daha böyük nəqliyyat vasitələrini idarə etməkdən zövq aldığını başa düşüb.

Təxminən 27 il əvvəl o, Uiçita-Follsda ictimai nəqliyyat sistemi olan “Falls Ride”də avtobus sürücüsü olub.
Haqer əvvəlcə 95 yaşında təqaüdə çıxmağı planlaşdırdığını, lakin indi sağlam və bacardığı müddətcə sürücülük etməyə davam etməyi planlaşdırdığını söyləyib.

Uiçita-Folls şəhəri Haqerin nailiyyətini şərəfləndirərək 18 noyabrı Raymond Haqer Günü elan edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!