12 Noyabr 2025 / 19:23

Dövlətçiliyimizin hüquqi əsası – milli qürur günümüz

Bu gün – 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Azərbaycan Konstitusiyası müstəqilliyimizin, dövlətimizin suverenliyinin və milli birliyimizin rəmzidir.

Konstitusiya dövlətin qanunvericilik sisteminin əsasını təşkil edir. Eyni zamanda, Konstitusiya dövlətin siyasi, hüquqi və ictimai quruluşunu müəyyənləşdirən, hakimiyyətin təşkilini və vətəndaşların hüquq və azadlıqlarını təmin edən ali qanundur. O, həm dövlət orqanlarının fəaliyyətini tənzimləyir, həm də cəmiyyətin hüquqi sabitliyinin qarantı kimi çıxış edir. Konstitusiyasız bir dövlətin hüquqi baxımdan sağlam dayağı ola bilməz, çünki məhz Konstitusiya dövlətin suverenliyi, idarəçiliyi və qanunun aliliyini təmin edən əsas sənəddir.

Qürurverici haldır ki, bu gün öz müstəqil və suveren dövlətimizə sahibik, mübarizə ilə əldə edilən suverenlik bizim milli sərvətimizdir. Odur ki, hər bir azərbaycanlı bu gün ölkəsinin ərazi bütövlüyü və suverenliyinin, hər qarış torpağında Konstitusiyanın hüquqi qüvvəsinin tam bərqərar olunmasının sonsuz sevincini, qürurunu yaşayır. Bu dəyər bütöv bir xalq olaraq bizi yeni nailiyyətlərə, zəfərlərə ruhlandırır.

12 Noyabr – Konstitusiya Gününüz mübarək!

Bu əlamətdar gün münasibətilə Şəhla Xələfova, Zərifə Nəcəfli, Hafiz Məmmədov, Tehran Rəhmanov, Sultan Əhmədov, Rizvan Rəhimov, Mahir Noveuzov bütün xalqımızı ürəkdən təbrik edir, dövlətçiliyimizə və azadlığımıza daim sədaqət arzulayırlar.

CEYHUN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!