14 Noyabr 2025 / 19:40

Bölgələrdə torpaq satışları keçiriləcək

Dekabrın 17-də Azərbaycanın müxtəlif regionlarında 19 torpaq hərracı keçiriləcək.

Tezadlar.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir.

Hərraclar Dövlət Xidmətinin Mingəçevir, Bərdə, Xaçmaz, Cəlilabad və Şəki ərazi şöbələrində təşkil olunacaq. Satışa bələdiyyə orqanlarına məxsus 19 torpaq sahəsi çıxarılacaq.

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!