Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, ABŞ Prezidenti Donald Tramp Putinin nazı ilə oynamağa son vermək qərarına gəldi. O, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini bu məhdudiyyətlərin tətbiqi və ya tətbiq edilməməsi ilə bağlı yekun qərar vermək səlahiyyəti onun ixtiyarında olsa, imzalamağa hazırdır. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, bu barədə Ağ Evin yüksək vəzifəli nümayəndəsi deyib. Sitat: “Ağ Ev və prezident üçün həmişə vacib olub ki, sanksiya paketi istisna maddə ilə təmin edilsin və yekun qərarvermə səlahiyyəti prezidentə aid olsun. Buna görə də əgər bu, qanun layihəsinin mətninə daxil edilsə, prezident onun imzalanması imkanını nəzərdən keçirərdi”, – deyə mənbə qeyd edib.
“Prezident bunu imzalayardı”, – Ağ Evin nümayəndəsi sözügedən qanun layihəsini nəzərdə tutaraq təkrar edib. O, Trampın ötən axşam bu qanunvericilik təşəbbüsünü faktiki olaraq dəstəklədiyini xatırladıb.
Eyni zamanda, Ağ Evin nümayəndəsi vurğulayıb ki, Rusiya və ABŞ arasında Rusiya–Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar davam edir: “Biz, şübhəsiz ki, hələ də bunun üzərində işləyirik. Sadəcə xəbərlərin mərkəzində deyildi, çünki çox şey baş verir”.