18 Noyabr 2025 / 22:00

Oktyabr ayında 16 min əcnəbi Azərbaycanda qeydiyyata alındı

Ötən ay 16 min 152 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edib.

Bu barədə Tezadlar.az-a DMX-dən məlumat verilib.

Bildirilib ki, oktyabrda 7935 nəfər ölkə ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması, 148-i vətəndaşlıq məsələləri ilə bağlı, 1526-sı Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi, 643-i ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı müraciət edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!