19 Noyabr 2025 / 07:38

Trampın gizli planı: Ukraynanı nə gözləyir?

ABŞ- ın sanksiyaları sayəsindı Rusiya neftinin dünya bazarında 1 bareli 36 dollara düşüb. Bu isə ölkə iqtisadiyyatının tənəzzülü və Ukrayna müharibəsinə güdaza verilməsi deməkdir. Lakin Rusiya hələ də Avropa ölkələri üçün də təhlükə olaraq qalır. Bu səbəbdən Tramp administrasiyası Ukraynada müharibənin dayandırılması məqsədilə Rusiya ilə məsləhətləşmələr çərçivəsində yeni və gizli plan üzərində çalışır. Tezadlar.az  “Axios” nəşrinə istinadla bildirir ki, hazırlanmaqda olan 28 bəndlik yol xəritəsi ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəslə bağlı irəli sürdüyü plan əsasında formalaşdırılıb. Sənəd “Ukraynada sülhün əldə edilməsi, təhlükəsizlik təminatları, Avropada təhlükəsizlik və ABŞ-ın Rusiya və Ukrayna ilə gələcək münasibətləri” kimi istiqamətləri əhatə edir.  Nəşr yazır ki, planın hazırlanmasına ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir. O, bu məsələni Rusiya tərəfinin nümayəndəsi Kirill Dmitriyev ilə geniş müzakirə edib. Ukrayna rəsmisinə istinadən isə bildirilir ki, Uitkoff bu həftənin əvvəlində Mayamidə Ukrayna Prezidenti Volodimir Zelenskinin təhlükəsizlik məsələləri üzrə müşaviri Rustem Umerovla da bu planla bağlı danışıqlar aparıb. ABŞ rəsmiləri qeyd ediblər ki, Ağ Ev sözügedən təklif barədə Avropa rəsmilərini məlumatlandırmağa hazırdır. Tərəflər hesab edir ki, nəhayət, bu plan müharibəni dayandırmağa gətirib çıxaracaq.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!