Əsas məzmuna keç

İspaniya Ukraynaya əlavə 615 milyon avroluq hərbi yardım edəcək

İspaniyanın Baş naziri Pedro Sançes çərşənbə axşamı ölkəsinin bir ay ərzində Ukraynaya 615 milyon avroluq hərbi yardımı təsdiqləmək planlarını açıqlayıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Baş nazir bu açıqlamanı Madriddə Vladimir Zelenski ilə birgə brifinq zamanı verib. Sitat: “Mən artıq Prezident Zelenskiyə demişəm ki, İspaniya bir ay ərzində Ukrayna üçün yeni 615 milyon avroluq hərbi yardım paketini təsdiqləyəcək”.

Beləliklə, Ukraynaya həm də ABŞ- dan əlavə hərbi yardımlar göndəriləcək. Avropa mətbuatı yazır ki, bu yardımlarla bərabər, Rusiya neftinin sanksiyalar sayəsində 36 dollara düşməsi də müharibənin dayandırılmasına gətirib çıxara bilər.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…