Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Rusiya-Ukrayna müharibəsindən ciddi şəkildə narahatdır… Bu səbəbdən “Vaşinqton administrasiyası Moskva və Kiyevin mövqelərini nəzərə alaraq Rusiya-Ukrayna müharibəsinin nizamlanması üçün təkliflər hazırlayır və hesab edir ki, hər iki tərəf güzəştə getməlidir”, -deyə ABŞ-ın dövlət katibi Marko Rubio sosial şəbəkə hesabında bu barədə qəti mövqeni bildirib. Sitat: “Nizamlanma ciddi və real fikirlərin ətraflı mübadiləsini tələb edir. Davamlı sülhə nail olmaq üçün hər iki tərəfdən çətin, lakin zəruri güzəştlərə razılıq lazımdır. Məhz buna görə də biz münaqişənin hər iki tərəfinin məlumatlarına əsaslanaraq bu müharibəyə son qoymaq üçün potensial təkliflərin siyahısını hazırlayır və hazırlamağa davam edəcəyik”.
İndi qalır Rusiya lideri Putinin hər gün itkilərlə qarşılaşdığı və ölkə iqtisadiyyatını məhvə aparan müharibəni dayandırması, ortaq məxrəcə gəlməsi.
A.Məmmədli