20 Noyabr 2025 / 13:16

Gürcüstana minik avtomobillərinin idxalı niyə rekord həddə çatıb?- SƏBƏB

Azərbaycan kimi, Gürcüstana da minik avtomobillərinin idxalı tarixdə ən yüksək səviyyəyə yüksəlib. Tezadlar.az  xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Statistika Xidməti yayımlayıb. Rəsmi göstəricilərə əsasən, 2025-ci ilin yanvar–oktyabr aylarında ölkə 3.152 milyard dollar dəyərində 192 451 ədəd minik avtomobili idxal edib. Bu, 2009-cu ildən bəri qeydə alınan ən yüksək nəticədir. Sadəcə bir ilin kəsiyində idxal nəzərəçarpacaq dərəcədə yüksəlib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 9.8% artıb. Ötən ilin yanvar–oktyabrında Gürcüstana 2.869 milyard dollar dəyərində 173 012 avtomobil daxil olub. Cari ildə avtomobil idxalı üzrə Gürcüstanın ən böyük ticarət tərəfdaşı əvvəlki illərdə olduğu kimi ABŞ olub.

2025-ci ilin ilk on ayı üçün əsas beş tədarükçü ölkə aşağıdakı kimi bölünür:

● ABŞ – 1.882 milyard dollar dəyərində 151 722 avtomobil;

● Almaniya – 500.8 milyon dollar dəyərində 6 350 avtomobil;

● Yaponiya – 271.8 milyon dollar dəyərində 16 205 avtomobil;

● Türkiyə – 109.1 milyon dollar dəyərində 2 474 avtomobil;

● Belçika – 58.7 milyon dollar dəyərində 1 223 avtomobil.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!