Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Noyabrın 20-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Kalvalı Əli Dədənin anadan olmasının 150 illiyinə həsr olunmuş I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu öz işinə başlayıb. AMEA-nın Mərkəzi Elmi Kitabxanasından tezadlar.az-a verilən məlumata görə, tədbirdə çıxış edən ADPU-nun prorektoru professor Mahirə Hüseynova AMEA-nın 80 illik yubileyi ərəfəsində keçirilən
Professor Mahirə Hüseynova Kalvalı Əli Dədənin irsinin gənc nəslə tanıdılmasının vacibliyinə toxunaraq bildirib ki, 150 il əvvəl “kalvalı” olmaq böyük sənətkarlıq, dərin mənəvi dəyərlər və ustalıq tələb edirdi. Bu gün gənclərimiz həmin ənənələrin məzmununu dərk etmir. Bu kimi simpoziumlar milli yaddaşımızın, musiqi düşüncəmizin və folklor irsimizin öyrənilməsi baxımından son dərəcə əhəmiyyətlidir.
O, “dədə” adının hər bir sənət ustasına verilmədiyini, bu adın böyük mənəvi məsuliyyət, ənənə və sənət dərinliyi tələb etdiyini qeyd edib, Kalvalı Əli Dədənin zəngin irsinin, sənət əsərlərinin bu miqyasda xatırlanmasını, tədqiq olunmasını yüksək dəyərləndirib. Professor Mahirə Hüseynova milli musiqi alətlərinin – sazın, neyin, balabanın, zurnanın Azərbaycan xalqının mənəvi kimliyinin ayrılmaz parçası olduğunu vurğulayıb. O, Qarabağ müharibəsinin dərdlərini, şəhid analarının ağrı-acısını musiqidə ifadə edən neyin yanıqlı səsinin xalqın yaddaşında xüsusi yer tutduğunu bildirib: “Musiqi də söz qədər dəyərlidir, qiymətlidir. İnsanın deyə bilmədiklərini musiqi deyir”.
Alim qeyd edib ki, bu kimi tədbirlər gənclərin maariflənməsinə, biliklərinin zənginləşdirilməs
Nitqinin sonunda o, tədbirin təşkilatçı
Y.Məmmədli