22 Noyabr 2025 / 12:25

Şərəfli peşənin sahibləri

Uşaq həkimi – uşaqların fiziki və nevropsik inkişafını qiymətləndirən, bir çox xəstəliklərin qarşısının alınması və müalicəsi ilə məşğul olan mütəxəssisdir. Uşaq həkimi müxtəlif patologiyaların simptomologiyası haqqında biliyə malikdir, farmakologiyanın əsaslarını bilir, lazımi instrumental və laboratoriya müayinə üsullarını seçir.

Yenidoğulmuş uşaqların valideynləri, bağçaya gedən körpələr, məktəblilər uşaq həkiminə müraciət edirlər. Həkimin köməyi həm müntəzəm, həm də təcili olaraq tələb oluna bilər. Hər hansı bir xəstəliyin ilk əlamətləri aşkar olunduqdan dərhal sonra mütəxəssis həkimlərə müraciət etməyi məsləhət görülür. Bu, xəstəliyin daha erkən mərhələlərində müalicəyə başlamağa, terapiyanın effektivliyini artırmağa və uşağın tam sağalma şansını artmasına imkan verir.

Uşaq həkimi (Pediatr həkim) uşaq anadan olanda, məktəbə qədər təhsil müəssisələrində, məktəbdə zehni və fiziki inkişafını qiymətləndirir. Uşaq həkimi  yalnız uşaqları müalicə etmir, eyni zamanda valideyinlərə ana sudu ilə qidalanma, sərbəst köpəkləmə, profilaktik peyvəndləmə və bərkiməyi oyrədir.

Uşaq həkiminin, yaxud pediatr həkiminin  əsas vəzifələri uşağın psixofizioloji inkişafının yaşına görə qiymətləndirilməsi, tibbi cihazların köməyi ilə birgə xəstəliklərin diaqnostikası və müalicəsi, uşaqların immunizasiya, peyvəndləmə və tibbi müayinəsi, epidemiyaya qarşı tədbirlərin görülməsi, reabilitasiya proqramlarının hazırlanması, valideynlərin konsultasiyasını həyata  keçirməkdir.

Ölkəmizdə bütün sahələr kimi, səhiyyə sahəsi də inkişaf yolundadır. Bu gün Azərbaycanın hər bir guşəsində müasir tələblərə cavab verən klinikalar və xəstəxanalar mövcuddur. Təbii ki, bu sağlamlıq mərkəzləri vətəndaşlarımızın sağlam həyat tərzinə xidmət edir.

Belə tibb müəssisələrindən biri də paytaxtın Sabuncu rayonunun Əsildar Məmmədəliyev 10 ünvanında yerləşən 18 saylı Uşaq Poliklinikasıdır. Bu tibb müəssisəsinə böyük təcrübə və bacarığa malik olan Baş həkim Nərmin Musayeva rəhbərlik edir.

Poliklinikada bir çox şöbələr fəaliyyət göstərir. O şöbələrdən biri də Pediatriya şöbəsidir. Pediatriya şöbəsinin müdiri  Məhəbbət Əhmədovadır. M.Əhmədova 26 ildir bu sahədə çalışır. O, sözün əsil mənasında, işinin peşəkarıdır. İnsanlarla söhbətim belə bir qərara gəlməyimə zəmin yaratdı. Çünki valideynlərin hamısı ondan razılıq edirdilər.

21 həkimi, 164 pesonalı, 11 ixtisas həkimi olan Pediatriya şöbəsi 20750 sakinə tibbi xidmət göstərir.  Pediatriya şöbəsinin həkimlərindən Sevinc Məmmədova, Gülşən İmranova, Leyla Qasımova, Səadət Məmmədova, Esmira Hacıməmmədova və digərləri uşaqların sağlamlığının keşiyində dayanırlar. Onu da qeyd edim ki, şöbə müdiri  Məhəbbət Əhmədovanın qızı Nazxanım Qasımova ATU-nun müəllimidir.

Bəli, ölkə əhalisinin sağlamlığının keşiyində durmaq, onlara vaxtında tibbi yardım göstərmək səhiyyə işçilərinin ən ümdə vəzifəsidir. Şübhəsiz ki, cəmiyyətdə hər bir peşənin öz yeri var. Hər kəs bir sahə üzrə ixtisaslaşıb mənsub olduğu ailə, cəmiyyət və dövlət üçün faydalı ola bilər. Lakin həkimlik peşəsi ta qədim zamanlardan xüsusi hörmətə malik olmuşdur və bu gün də ən şərəfli peşələrdən biri sayılır. Çünki cəmiyyətdə elə insan tapmaq olmaz ki, o həkimə müraciət etməsin, yaxud tibb işçilərindən bu və ya digər dərəcədə faydalanmasın. Həkimlik elə peşədir ki, insanlar ondan yalnız nəciblik, xeyirxahlıq görürlər. Humanizm, insanlara xidmət göstərmək bu peşənin sahiblərinin amalına, həyat devizinə və üzərinə götürdüyü öhdəliklərə çevrilir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək: “Heç bir peşədə Hippokrat andı kimi and yoxdur”. Bir xəstəni həyata qaytarmaq üçün bəzən elmi biliklərin, dərmanların aciz qaldığı məqamlarda təbibin bir kəlmə xoş sözü, qayğıkeş münasibəti köməyə çatır. Uşaqların sağlamlığı isə ən ümdə vəzifələrdən biridir.

CEYHUN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!