22 Noyabr 2025 / 23:29

Makron Rusiyanın iştirakı ilə G8 formatına qayıtmaq təklifini rədd etdi

Fransa prezidenti bunun üçün şərtlərin yerinə yetirilmədiyini söylədi

Fransa prezidenti Emmanuel Makron hazırda şərtlərin mövcud olmadığını söyləyərək, Rusiya ilə Səkkizlər Qrupunda (G8) əməkdaşlığa qayıtmağa qarşı çıxdı.

Tezadlar.az xəbər verir ki, o, bunu Yohannesburqda keçirilən G20 sammiti çərçivəsində jurnalistlərə bildirib.

“Bu gün Rusiyanın G8-ə qayıtması üçün şərtlər yerinə yetirilməyib. Bundan əlavə, bu format bütün iştirakçıların yekdil razılığından asılıdır”, – deyə o bildirib. Makron əlavə edib ki, Fransa 2026-cı ildə G7-yə sədrlik edəndə bu məsələ ilə bağlı “başqalarına nə edəcəklərini deməyəcək”.

Eyni zamanda, dövlət başçısı Braziliya, Hindistan, Çin və Cənubi Afrikanı qeyd edərək, qrupa üzv olmayan ölkələrlə sıx əməkdaşlıq şəraitində “Fransa G7 qurmaq” niyyətini ifadə edib.

“Bizim orijinal və bir az yeni formatımız olacaq, çünki bizə birlik lazımdır”, – deyə o, yekunlaşdırıb.

Daha əvvəl “The Wall Street Journal” qəzeti ABŞ-ın Ukrayna münaqişəsinin həlli planına istinadən Rusiyanın G8-ə dəvət edilməsi təklifinin daxil olduğunu bildirmişdi. Nəşr qeyd edir ki, belə bir halda sanksiyalar “hər bir hal üçün ayrıca” qaldırılacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov əvvəllər Moskvanın hazırda mediada yer alan 28 maddəlik ABŞ-ın Ukrayna münaqişəsinin həlli planını rəsmi olaraq almadığını və Vaşinqtonun bu barədə Rusiya ilə ətraflı müzakirə etmədiyini bildirmişdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da öz növbəsində qeyd etmişdi ki, Moskva rəsmi məlumat aldıqdan sonra bu təşəbbüsə cavab verəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!