23 Noyabr 2025 / 09:05

MƏN O MƏN DEYİLƏM Kİ!- NAZİM QOCAMANLI

MƏN O MƏN DEYİLƏM Kİ !

Məni taniyan dostlar,
Deyib darıyan dostlar,
Hərdən ariyan dostlar!
Mən o mən deyiləm ki!

Son payız yönlü çağam,
Dəymədüşər uşagam,
Meyvəsi solmuş bağam,
Mən o mən deyiləm ki!

Köhnəlmiş qar kimiyəm,
Gün vurmuş nar kimiyəm,
Dünyası dar kimiyəm,
Mən o mən deyiləm ki!

Bir qanadsız qartalam,
Közdü,sağalmır yaram,
Güc yox istəyə çatam,
Mən o mən deyiləm ki!

Nə dedim deyişdilər,
İşimə girişdilər,
Zor ilə dəyişdilər,
Mən o mən deyiləm ki!
Nazim QOCAMANLI,
Ağsu
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!