ARB kanalı aparıcı Elgiz Əkbərin “Şadlıq olsun” layihəsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Tezadlar.az xəbər verir ki, bu barədə telekanalın sosial şəbəkədəki rəsmi səhifəsində açıqlama yayımlanıb:
“Elgiz Əkbərin özünə məxsus yutub kanalında yayımlanan “Şadlıq olsun” layihəsinin ARB Televiziyası ilə heç bir əlaqəsi yoxdur.
Layihənin çəkilişləri zamanı ARB Televiziyasına məxsus texniki avadanlıqdan, pavilyondan və əməkdaşların xidmətindən istifadə olunmur.
Qeyd edək ki, Elgiz Əkbər hazırda ARB Televiziyasının əməkdaşı olsa da, hələ ki televiziyanın heç bir layihəsində iştirak etmir və hər hansı layihə üzrə öhdəlik daşımır”.







