23 Noyabr 2025 / 17:09

“Biz Ukrayna üçün vacib olan bir neçə elementi nəzərə ala bilərik”

Trampın Sülh planı ətrafında narazılıq artmaqdadır. Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ-nin Rusiya-Ukrayna münaqişəsinin həlli üçün təklif etdiyi sülh planı üzrə Cenevrədə davam edən danışıqlara münasibət bildirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Zelenski bu barədə teleqram kanalında yazıb. Sitat:  “Bazar günü İsveçrədə işləyən Ukrayna nümayəndə heyətinin ilkin hesabatları göstərir ki, Amerikanın müharibənin dayandırılması ilə bağlı təklifləri Ukraynanın milli maraqları üçün vacib olan elementləri nəzərə ala bilər. Ukrayna xalqının ümid etdiyi əsas məqsədə – nəhayət, qan tökülməsinə və müharibəyə son qoymaq üçün bu elementlərin effektivliyini artırmaq üçün səylər davam edir”.

Artıq Aİ- yə üzv ölkə rəhbərlərin böyük əksəriyyəti Trampın mövqeyinə qarşıdır və Ukraynanın sonadək müdafiəsində olacaqlarını bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!