13 May 2022 / 20:15

OMBUDSMAN BURSADA VALİ VƏ BƏLƏDİYYƏ SƏDRLƏRİ İLƏ GÖRÜŞLƏR KEÇİRİB

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Türkiyəyə səfəri çərçivəsində Bursa valisi, Bursa Böyükşəhər və Osmanqazi bələdiyyələrinin sədrləri ilə görüşüb.

Ombudsman Aparatından bildirilib ki, görüşlər zamanı S.Əliyeva Azərbaycan Ombudsman təsisatının fəaliyyət istiqamətləri barədə məlumat verib.

Bununla yanaşı, səfər çərçivəsində imzalanan Anlaşma Memorandumu ilə Türk Dövlətləri Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının təsis edilməsinin türkdilli ölkələr arasında əməkdaşlığın güclənməsi baxımından önəmi vurğulanıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!