24 Noyabr 2025 / 12:06

Finlandiya prezidenti ABŞ-Ukrayna danışıqlarında irəliləyişi alqışlayıb

Ukrayna və ABŞ arasında 23 noyabrda Cenevrədə keçirilən danışıqlarda ədalətli və davamlı sülhə nail olmaq üçün addımlar atıldı.

Tezadlar.az bildirir ki, Finlandiya prezidenti Aleksandr Stubb bu barədə sosial media platformasında məlumat verib.

O, sülh nizamlanmasındakı irəliləyişi alqışlayıb, lakin həll olunmamış məsələlərin hələ də qaldığını qeyd edib. “Aydındır ki, bu məsələlərlə bağlı qərarları Avropa və NATO verir”, – deyə o əlavə edib.

Bir müddət əvvəl Almaniyanın xarici işlər naziri Yohann Vadeful ABŞ-ın sülh planını tənzimləmək üçün Cenevrədə Amerika və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqların Avropa tərəfi üçün uğurlu olduğunu bildirmişdi. O, əlavə etmişdi ki, NATO da daxil olmaqla, Avropa ilə bağlı bütün məsələlər Amerika planından çıxarılıb.

Eyni zamanda, alman nazir avropalıların və ukraynalıların “başı üstə” heç bir razılaşmanın əldə edilməməli olduğunu vurğuladı.

“RBC-Ukraine” diplomatik mənbələrə istinadən həmçinin bildirib ki, Ukrayna nümayəndə heyəti Cenevrədə ABŞ ilə danışıqlar zamanı Vaşinqtonun sülh planındakı Kiyev üçün əlverişsiz olan əksər bəndləri dəyişdirə bilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!