Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verildiyi kimi, Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) keçirildi… Festivalla bağlı bəzi məqamları diqqətinizə çatdırmaq istəyirəm.
Beynəlxalq STEAM Azərbaycan Festivalı 2021-ci ildən etibarən hər il Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə həyata keçirilir. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması, eləcə də STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsidir. STEAM Azərbaycan Festivalı ilk dəfə 9-10 dekabr 2021-ci il tarixlərində təşkil olunub.
Bu il noyabrın 17-də Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalına (SAF 2025) start verildi.
Açılış mərasimində dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, rektorlar, ETN-in elmi-tədqiqat institutlarının direktorları, beynəlxalq təşkilatların təmsilçiləri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edirdilər.
Dövlət Himni səsləndirildikdən sonra SAF festivalının 5 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov layihənin fəaliyyətinə dair statistik göstəriciləri diqqətə çatdırıb. Bildirilib ki, “STEAM Azərbaycan” layihəsi 300 mindən çox şagird və 400-dən çox məktəbi əhatə edir. Hazırda STEAM dərsləri III–IX siniflərdə tədris olunur. Ölkə üzrə 21 STEAM Mərkəzi fəaliyyət göstərir.
İqrar Nəzərov qeyd edib ki, bu festival yalnız müsabiqə deyil, həm də ölkəmizin gənclərinə qlobal bilik mübadiləsində iştirak imkanı yaradan beynəlxalq platformadır.
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, Azərbaycanda STEAM təhsilinin 5 il ərzində böyük inkişaf yolu keçməsi, minlərlə şagirdin bu prosesə qoşulması və innovativ düşüncənin təhsil sistemində genişlənməsi festivalın əhəmiyyətini daha da artırır.
STEAM təhsilinin əsas komponentlərinə toxunan Emin Əmrullayev qeyd edib ki, artıq ilk illərlə müqayisədə 50 dəfədən çox tədris resursu, metodologiya və sistem modeli tətbiq olunur. Nazir 2027–2030-cu illərdə STEAM-ın Azərbaycan təhsilinin əsas aparıcı məzmununa çevriləcəyini vurğulayıb.
Qeyd edildiyi kimi, bu il artıq 5-ci dəfə təşkil olunan STEAM Azərbaycan Festivalı çərçivəsində 16 əsas və 2 alt kateqoriya üzrə yarışlar baş tutub. Festivalda Azərbaycanla birgə ümumilikdə 22 ölkə təmsil olunub.
Festivalın əsas məqsədi STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı gənclərin üzə çıxarılması, eləcə də innovativ layihə və həllərin hazırlanmasının dəstəklənməsidir.
STEAM – beş əsas sahənin birgə və inteqrasiya olunmuş şəkildə tədrisini əhatə edən modeldir. Bu yanaşma elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art) və riyaziyyatın (Math) birgə öyrədilməsi ideyası üzərində qurulub.

Noyabrın 20-də Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) bağlanış mərasimi keçirildi.
Tədbir çərçivəsində hər kateqoriya üzrə keçirilən yarışlarda I yerin qalibləri mükafatlandırıldılar. Qaliblər arasında Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan və Slovakiyanın təmsilçiləridir.
Xatırladaq ki, festival çərçivəsində 18 yarış kateqoriyası üzrə 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edib. Yarış kateqoriyaları robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələrini əhatə edib.
Bağlanış mərasimində açılış nitqi ilə çıxış edən “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov yarışların nəticələrinə dair hesabatı diqqətə çatdırıb. Ardınca Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-ə dair videoicmal nümayiş etdirilib. Sonra hər kateqoriya üzrə keçirilən yarışlarda I yerin qalibləri mükafatlandırılıblar. Bildirilib ki, I yer tutan qalib komandalar Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan və Slovakiyanı təmsil edirlər. Mükafatlandırma mərasimi bədii hissə ilə başa çatıb.
Onu da qeyd edim ki, festival çərçivəsində keçirilən yarışlarda təhsil aldığım Bakı şəhəri 212 nömrəli tam orta məktəbin direktoru Sevil Cavadova da iştirak edib.
Səma TAĞIZADƏ,
Bakı şəhəri 212 nömrəli tam orta məktəb