24 Noyabr 2025 / 19:47

Narkotiklə bağlı test olunan məşhurlardan bəzilərinin nəticəsi pozitiv çıxıb – etiraz edirlər

Xəbər verdiyimiz kim, İstanbulda  narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat çərçivəsində polisə çağrılan 19 məşhurun test nəticələri açıqlanıb.

Belə ki, Türkiyənin Ədliyyə Tibb İnstitutu qan nümunələri götürülən 19 nəfərdən 8-ində narkotik, 4-ündə isə yaşıl reseptlə alınan dərmanın aktiv tərkib hissəsinin olduğunu aşkar edib.

Tezadlar.az  Türkiyə mediasına istinadən xəbər verir ki, testlərində maddə izləri aşkarlananlar arasında Dilan Polat, Derin Talu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Metin Akdülger və Kaan Yıldırım da var. Dilan Polat, Derin Talu, Deren Talu və Birce Akalay sosial mediada test nəticələrindən narazı olduqlarını və apellyasiya şikayəti verəcəklərini açıqlayıblar.

Defne Samyeli qızları Derin və Derenin müsbət test nəticələrinə sərt reaksiya verib. O qızlarının başqa bir xəstəxanada təkrar testdən keçəcəklərini bildirib. Derin və Deren  bildiriblər ki,  heç vaxt narkotikdən istifadə etməyiblər, yalnız  antidepresan qəbul edirlər.

Türkiyə Cinayət Məcəlləsinə görə, “narkotik istifadəsi” cinayəti 2 ildən 5 ilə qədər həbs cəzası ilə cəzalandırılır. Test nəticəsi müsbət çıxanların işləri 5 il təxirə salınacaq və 1 il şərti azadlıqdan məhrum ediləcək. Cinayəti təkrarlamayanlar məsuliyyətə cəlb olunmayacaqlar.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!