Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün Cenevrədə aparılan danışıqlardan sonra Vaşinqton administrasiyası və Kiyev ABŞ-ın Ukraynadakı böhranının həlli ilə bağlı planının əksər hissələri üzrə razılığa gəldilər. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib. O, deyib: “Nəticə etibarilə, bu məqamların böyük əksəriyyəti üzrə razılıq əldə edildi. Ukrayna tərəfi bizimlə planın formulu üzərində işləyib. Buna görə də, vəziyyətin çox yaxşı olduğuna inanırıq. Əlbəttə ki, bütün məqamların razılaşdırılmasını təmin etməliyik”.
Qeyd edək kiş ABŞ Ukraynanın suverenliyini əsaslandıran tam təhlükəsizlik zəmanətini də öz boynuna götürüb.
Bununla belə, sülh danışıqlarının getdiyi bir vaxtda Rusiya ordusu Ukrayna ərazilərinə dron və raket zərbələrindən bu gecə də istifadə edib.
A.Məmmədli