25 Noyabr 2025 / 11:46

Qırğız Respublikasının Azərbaycandakı səfiri BANM-nin qonağı olub – FOTOLAR

Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovla Bakı Ali Neft Məktəbində görüşdük.
Tezadlar.az    xəbər verir ki, bunu BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
“Qeyd edək ki, bu il Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Qırğız Respublikasından bir tələbə BANM-də təhsil almağa başlayıb. Bu göstəricinin gələcəkdə artacağına inanaraq, yay məktəblərinin təşkili istiqamətində də əməkdaşlıq imkanlarını müzakirə etdik.
Qırğız Respublikasının səfiri Bakı Ali Neft Məktəbində yaradılan şəraiti yüksək qiymətləndirərək əməkdaşlığın vacibliyini xüsusi vurğulayıb və dəstək göstərməyə hazır olduğunu bildirib”, – deyə o qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!