26 Noyabr 2025 / 08:44

Ceyhun Bayramov Neapolda “Napoli” – “Qarabağ” oyununda komandamızı dəstəkləyib- FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya rəsmi səfər çərçivəsində Neapolda UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda “Napoli” – “Qarabağ” qarşılaşmasını izləyib. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial media hesabında paylaşım edilib. “Bu, Azərbaycanın Avropa futbolunda güclü mövqeyini və milli çempionlarımızı beynəlxalq arenada dəstəklədiyini nümayiş etdirən qürurverici an olub”, – paylaşımda vurğulanıb.

Öz növbəsində, C. Bayramov da sosial mediada paylaşım edərək “Qarabağ”ın Azərbaycanı Avropada qürurla təmsil etdiyini vurğulayıb. “Oyun başa çatdıqdan sonra “Qarabağ” FK-nın prezidenti Tahir Gözəl ilə birlikdə futbolçularımızı salamladıq və Avropanın ən güclü klublarından biri olan “Napoli”yə qarşı göstərdikləri qətiyyətli çıxışa görə minnətdarlığımızı bildirdik. Onlara qarşıdakı oyunlarda davamlı uğurlar arzuladım”, – nazir bildirib.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!