26 Noyabr 2025 / 11:50

Rövşən Nəcəf BANM-ın Prezident təqaüdçüləri ilə görüşüb və birgə nahar edib – FOTOLAR

SOCAR prezidenti Rövşən Nəcəf BANM-ın Prezident təqaüdçüləri ilə görüşüb və onlarla səmimi söhbət edib.
Tezadlar.az   xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
“SOCAR prezidenti  Rövşən Nəcəf BANM-ın 36 Prezident təqaüdçüsü ilə səmimi və işgüzar şəraidə görüşdü. Bu görüş artıq ənənəvi olmaqla, hörmətli Rövşən müəllimin Azərbaycanın ən savadlı və bilikli gənclərinə olan dəyəri və diqqətidir. Tələbələrimizin suallarına, fikirlərinə səmimi cavab verən Rövşən müəllim onlara tükənməz enerji və motivasiya verdi: Bir söz və ya fikir bir gəncin həyatını dəyişə bilər.
Bu görüşdə gənclərimiz onları düşündürən sualların cavablarını almaqla böyük hədəflərin qarşıda olduqlarını anladılar. Rövşən müəllim tələbələrin əyləşdiyi hər bir masaya yaxınlaşaraq onlarla dost kimi söhbət etdi, onların hər birinə kitab hədiyyə etdi.
Görüşümüzün ən maraqlı hissələrindən biri isə 698 bal ilə BANM-a qəbul olan, eyni zamanda gələcəyin mühəndisi və futbolçusu olan “Zirə” komandasının “U-19” məktəbinin üzvü Əbilhəsənin Rövşən müəllimə verdiyi futbol maykası oldu.
Görüşə görə hörmətli Rövşən müəllimə dərin minnətdarlığımı bildirirəm.
Eyni zamanda, görüşün təşkil olunmasına görə  SOCAR-ın vitse – prezidenti hörmətli Ziba xanım Mustafayevaya da öz təşəkkürümüzü bildiririk”, – deyə rektor qeyd edib.
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!