14 May 2022 / 19:58

“EUROVİSİON 2022” MAHNI MÜSABİQƏSİNİN BÖYÜK FİNALI BAŞLAYIB

Mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da “Eurovision 2022” mahnı müsabiqəsinin finalı keçirilir.

Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin finalında 25 ölkənin təmsilçiləri yarışacaqlar. Həmin ölkələr Azərbaycan, Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya, Ermənistan, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliyadır.

Azərbaycan təmsilçisi Nadir Rüstəmli dünyanın ən böyük canlı musiqi tədbirində “Fade To Black” adlı mahnı ilə 15-ci nömrə altında çıxış edəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!