Əsas məzmuna keç

Filarmoniyada böyük sənətkarın irsinə ehtiram gecəsi

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti, professor Rauf Abdullayevə həsr olunmuş konsert baş tutdu.

Təzadlar.az xəbər verir ki, tədbirin əvvəlində Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə çıxış edərək görkəmli dirijor Rauf Abdullayevin sənət yolu və konsert proqramı haqqında dinləyicilərə məlumat verdi.

Konsertdə baş dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri öz dövrünün nəhəng dirijoru, görkəmli Avstriya bəstəkarı, Gustav Mahler’in birinci simfoniyasını (D-dur) ifa etdi.

Dörd hissədən ibarət olan simfoniya dinləyicilərə bəstəkarın zəngin musiqi təfəkkürünü, parlaq orkestr boyalarını və dərin emosional dünyasını duymaq imkanı yaratdı.

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi Rauf Abdullayevə həsr olunan bu əlamətdar konsert sənətə, musiqi ənənələrinə və böyük sənətkarların irsinə ehtiramın parlaq ifadəsi oldu.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…