Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün saat 10:38-də “Xəzər TV”də “İncə Səhər” verilişinin yayımı zamanı texniki problem yaranıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Xəzər TV” məlumat yayıb.
“Bildiririk ki, sözügedən verilişin bu həftə efirə getmiş bütün buraxılışları öncədən çəkilib. Verilişin bugünkü buraxılışı da əvvəlki günlərdə çəkilib, anonsu uğurla yayımlanıb və həmin mərhələdə heç bir nasazlıq qeydə alınmayıb.
Bu gün yayımlanacaq buraxılış 2 fayldan ibarət idi. 1-ci fayl heç bir problem olmadan efirə verilib. Reklam buraxılışına ayrılıb və 2-ci faylın yayımlanması zamanı texniki problem yaranıb. Fayl “playout” sistemi tərəfindən oxunmadığı üçün efirə çıxmayıb. Tətbiqi proqram təminatında kritik xəta baş verib, bu isə əsas efir serverində cihaz səviyyəli nasazlıq yaradıb, nəticədə də verilişin tam yayımı mümkün olmayıb.
“Xəzər TV” olaraq yaranmış narahatlığı anlayışla qarşıladıqları və efirimizi diqqətlə izlədikləri üçün izləyicilərimizə minnətdarlığımızı bildiririk”, – deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, bu gün səhər aparıcı Vüsalə Əlizadənin “İncə səhər” verilişinin yayım yarımçıq dayandırılıb.
Proqramda son günlər adı Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqalda hallanan Almaxanım Əhmədova, müğənni Pərviz Abdullayev və Namiq Qasımov yer alıb.
Almaxanımın ifasından sonra reklam nümayiş olunub və proqramın davamı yayımlanmayıb. Bunun əvəzinə isə kanalda serial yayıma başlayıb.