27 Noyabr 2025 / 15:59

“Halloween” və qlobal ərzaq təhlükəsizliyi…

…Müxtəlif xalqların bayramları var. Bəzi bayramlar isə onsuz da çatışmayan ərzaq ehtiyatlarının lüzumsuz sərfinə gətirir. ABŞ və bir sıra ölkələrdə keçilən Halloween bayramını buna misal göstərə bilərik. Yalnız bu bayramda nə qədər balqabaq məhv edilir? Bununla bağlı geniş məlumatlar var.
Süni intellektdən nadir hallarda istifadə etsəm də bu dəfə ona sualı verdim və ən yığcam cavabı ondan aldım.
“Halloween (çox vaxt “balqabaq festivalı” adlanır) zamanı dünyada milyonlarla balqabaq məhv edilir. Onların əksəriyyəti zibilxanalara atılır, orada çürüyür və metan buraxır və ətraf mühitin çirklənməsinə səbəb olur.
Əsas statistika:
ABŞ-da Halloween üçün hər il təxminən 1,3 milyard funt (təxminən 590 milyon kiloqram) balqabaq alınır. Bunların 80%-dən çoxu (təxminən 1 milyard funt və ya 453 milyon kiloqram) bayramdan sonra atılır.
Böyük Britaniyada hər il təxminən 18.000 ton balqabaq atılır ki, bu da təxminən səkkiz milyon ədəd balqabağa bərabərdir.
Ənənəvi Cek fənərləri hazırlamaq üçün istifadə edilən balqabaqlar çox vaxt xüsusi olaraq dekorativ məqsədlər üçün yetişdirilir və həmişə yemək üçün uyğun deyil, bu da bayramdan sonra onların kütləvi şəkildə atılmasına səbəb olur”.
Müsəlmanların, yəhudilərin və başqa xalqların da bəzi dini bayramlarında israfçılığa yol verilir. Həm də ətraf mühitə ciddi zərər dəyir.
Avropada isə düşüblər inəklərin üstünə. Atmosferə daha çox karbonun atılmasında günakar inəklər imiş…
Sahib MƏMMƏDOV,
Əmək Liqasının rəhbəri
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!