Əsas məzmuna keç

Epilepsiya xəstəliyi olan şəxsə xüsusi cihazın implantasiyası həyata keçirilib – əməliyyat uğurlu olub

Qazağıstan Respublikasında regional xəstəxananın həkimləri Milli Neyrocərrahiyyə Mərkəzinin mütəxəssisləri ilə birlikdə region üçün unikal bir əməliyyat həyata keçiriblər. Bu yeni texnologiya dərmanlara reaksiya verməyən xəstələrdə epileptik tutmaların tezliyini və şiddətini azaldır.

Tezadlar.az   Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, yüksək texnologiyalı prosedur Aktobe Regional Çoxsahəli Xəstəxanasının mütəxəssisləri və Astanadan olan neyrocərrahlar tərəfindən həyata keçirilib.

Xəstənin 50 yaşı var. O, 2001-ci ildən bəri epilepsiyadan əziyyət çəkir. Epileptoloqla məsləhətləşdikdən sonra həkimlər tutmaları nəzarətdə saxlamağa kömək edən xüsusi cihazın implantasiyası ilə əməliyyatı tövsiyə ediblər.

Neyrostimulyator elektrik impulslarından istifadə edərək sol vagus sinirini stimullaşdırır.

VNS texnologiyası, dərman terapiyası kifayət qədər tutma nəzarətini təmin etmədikdə, xəstəliyin dərmana davamlı formaları da daxil olmaqla, epilepsiyanın müalicəsində istifadə olunur.

Bu xüsusi cihaz vagus siniri vasitəsilə elektrik impulsları göndərir ki, bu da epileptik tutmaların tezliyini və şiddətini azaltmağa kömək edir.

Qeyd edək ki, əməliyyatda neyrocərrah Baurjan Kunakbayev də daxil olmaqla  QR Milli Neyrocərrahiyyə Mərkəzinin mütəxəssislərinin iştirak  etdiyi bildirilir.

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…