Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Türkiyə xüsusi xidmət orqanlarının Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində “Xayri” ləqəbli PKK terrorçusu Ekrem Üstək zərərsizləşdirilib.
“Anadolu” xəbər verir ki, cinayətkar Ayn əl-Ərəb bölgəsində gizləndiyi yerdə aşkarlanıb.
Üstək Türkiyə polisinin ölümünə səbəb olan hücumlarda iştirak edib.
O, 90-cı illərdə PKK-nın cinayətkar fəaliyyətlərində, xüsusilə adam oğurluğu, partlayıcı qurğu və sursatların tədarükü, adam öldürməyə cəhd, oğurluq və azyaşlıların terrorçulara verilməsində iştirak etdiyinə görə uzun illər həbsdə yatıb.