Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Media orqanları Ukrayna ilə bağlı danışıqların təməlini qoyan hadisə haqqında xəbər verib.
Tezadlar.az xəbər verir ki, bu barədə RBC “Axios”-a istinadən məlumat yayıb.
Media xəbərlərinə görə, Ukrayna ilə bağlı yeni danışıqların başlanması Oval Ofisdə keçirilən qapalı görüşdən irəli gəlib. Bu görüş zamanı ABŞ-ın vitse-prezidenti J.D.Vens və Ağ Evin dövlət katibi Marko Rubio 28 maddəlik plan təqdim ediblər, bundan sonra prezident Donald Tramp ABŞ ordusunun katibi Daniel Driskollu Kiyevə göndərmək qərarına gəlib.
Görüşün noyabrın 18-də Oval Ofisdə keçirildiyi bildirilir. Tramp ilk dəfə 28 maddəlik sülh planını orada görüb.
“Bu, sadəcə bir sənəd deyildi – bu, indi prosesi başlatmalı olan bir sənəd idi”, – deyə mənbə “Axios”-a bildirib.
Görüşdə Ağ Evin aparat rəhbəri Syuzan Uayls, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və hətta Trampın kürəkəni Cared Kuşner də iştirak edib. Onların hamısı planın ilkin versiyasının müəllifləridir.
Daha əvvəl Vladimir Putin Rusiyanın Avropaya qarşı heç bir aqressiv planının olmadığını təsdiqləməyə razılaşmışdı.
E.ŞİRİNOV