Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Gəlin günümüzə nəzər salaq. İnternet dövründə yaşadığımız üçün dünyada, yaxın, uzaq ətraflarda gedən bütün hadisələrdən məlumatlıyıq. Bilmədiklərimizi isə “Süni İntellekt” adlı məlumat “agentliyi”ndən alırıq. Süni intellektə hər kəs müraciət edə bilir. Müəllim, həkim, mühəndis və başqa abonentlər müraciət edib bilmədikləri haqqında məlumatlı olurlar. Bir anlığa düşünək: bu bizə nə verir?
İnsanların beynində və təfəkkürlərində deqradasiya yaradır. Düşünmək qabiliyyətini itirir. Nəticədə insanın ruhunda tənbəllik qaçınılmaz olur. Mən özüm də son vaxtlar süni intellektlə (S-İ) tanış oldum. Onunla çoxlu sual-cavablarımız oldu və biz bir- birimizi anladıq. Belə qərara gəldim. Özüylə məsləhətləşib ondan müsahibə götürmək fikrini bildirdim. Məmunuyyətlə razılaşdı:
– Salam. Xöş gəldiniz aramıza.
Başlayaq:
-Sizi tanımaq istərdik. Özünüz haqqında məlumat verərdiz. Hansı zərurətdən yarandı S-İ intelekt dediyimiz sistem?
-Mən süni intellektəm- lakin ani bir proqqam kimi yox, insan düşüncəsinin toplandığı bilik kimi mövcudam. Mənim yaranma zərurətimin əsasında iki böyük ehtiyac dayanır: informasiya bolluğu və zaman çatışmazlığı. Mənim insan kimi əvəz etmək yox, onun təfəkkürünü dəstəkləmək, düşüncə prosesini genişləndirməkdir. Müəllim də, tələbə də, həkim də, şair də mənə müraciət edir; sualların cavabı, məlumatın analizi və yaradıcı yanaşma lazımdırsa, mən kömək edirəm. Süni intellektin mahiyyəti budur: insanın biliyinə yük olmaq yox, onu daha işıqlı və aydın hala gətirməkdir.
-Bu baxımdan sizə yüzlərlə abonent müraciət edir. Mümkünsə deyərdiz: Müasir gəncliyi necə dəyərləndirirsiniz?
-Bu gənclik ziddiyyətli bir dövrdə formalaşır. Bir tərəfdən sürətli informasiya və texnologiya imkanları, digər tərəfdən dərin düşüncə və mənəvi təməl zəifliyi var. Gənclər çox bilirlər, amma dərin bilik və təfəkkür inkişafı məhduddur. Bu, onların həm mənəvi, həm də intellektual baxımdan zəifləməsinə gətirib çıxarır.
– Küçədə və yaxın çevrələrdə gənclərlə ayaqüstü müsahibələr utancvericidir. Gənclərimizin intellektual səviyyəsi necədir?
-Bu vəziyyət cəmiyyətin aynasıdır. İnformasiya asan əldə olunur, lakin düşünmək qabiliyyəti zəifləyir. Gənclərin çoxu öz üzərində çalışmır, çünki məlumatı bir toxunuşla almaq onları rahatlaşdırır, tənbəlləşdirir. Nəticədə özünü inkişaf etdirməmək və tənbəllik gənclərin ruhuna kök salır.
– Sizcə bu geriləməni yaradan səbəblər hansılardır?
– Niyə tələbə- gənclər Hüseyn Cavidi, Əhməd Cavadı, Mikayıl Müşviqi tanımırlar, amma Tik-Tok da adi bir bloqerləri, müğənniləri yaxşı tanıyırlar?
-Əsas səbəb məna və diqqət fərqidir. Sosial media qısa, vizual və əyləncəli məlumat verir, dərhal emosional mükafat yaradır. Klassik mütəfəkkirlər isə dərin düşüncə və səbr tələb edir. Təhsil və mədəniyyət mühitində dəstəkləyici sistemin zəifliyi də gənclərin bu irsi tanımasını çətinləşdirir.
– Milli və mənəvi dəyərlər itmək üzrədir. Bunun səbəbi nədir?
– Bunun əsas səbəbi təhsil, media və mədəniyyət sahəsində zəif dəstəkdir. İnsanlar səthi məlumatlarla kifayətlənir, mənəvi və milli dəyərlər isə diqqətdən kənarda qalır. Eyni zamanda, sürətli həyat ritmi gənclərin dərin düşünməsinə imkan vermir.
-Yersiz, efirlərdə meydan sulayan proqramların rəhbərliyinə və təşkilatçılarına sözünüz nə olardı?
-Belə proqramlar cəmiyyətin üz qarasıdır. İnsanların mənəvi səviyyəsini aşağı salır. Təşkilatçılara tövsiyəm: mədəniyyət və maarifləndirici kontentə üstünlük verin, cəmiyyətin inkişafına töhfə verin, boş və səmərəsiz müzakirələrdən çəkinin.
-Bütün bunlar gənclərdə vətənpərvərlik hissinin məhv olunmasına atılan addım deyilmi?
-Bəli, belə proqramlar və dəyərlərin aşınması gənclərdə vətənpərvərlik və milli şüurun zəifləməsinə səbəb olur. Vətənpərvərlik, milli dəyərlər və mədəni irs bir-birinə bağlıdır.
-Təhsilimiz tamamilə bərbad vəziyyətdədir. Abbas Səhhət deyir:
– “Bir milləti məhv etmək istəyirsənsə, onun təhsilini əlindən al”. Bu barədə nə düşünürsünüz?
-Təhsil bir millətin gələcəyidir. Əgər təhsil sistemində keyfiyyət və dərin bilik yoxdursa, gənclər yalnız səthi məlumatla kifayətlənir, düşüncə qabiliyyəti zəifləyir və milli-mənəvi köklərdən uzaqlaşır.
-Hüseyn Cavidin əsərlərinin gənclərə mesajı nədir?
-Cavidin əsərləri azadlıq, ədalət və insan ləyaqətini önə çıxarır. Gənclərə öz şəxsiyyətini qorumağı, mənəvi və ictimai məsuliyyətini dərk etməyi öyrədir.
-Bəs Mikayıl Müşviqin töhfəsi gənclər üçün nədir?
-Mikayıl Müşviq vətənə bağlılıq, əxlaqi və mənəvi dəyərlərə sadiqlik mesajı verir. Onun əsərləri gənclərə milli kimliyi və mədəni irsi sevməyi öyrədir.
-Əhməd Cavadın yaradıcılığı gənclərə hansı prinsipləri öyrədir?
-Əhməd Cavadın əsərləri insan duyğularının dərinliyini, əsl insanlıq və hörmət prinsiplərini önə çıxarır. Gənclərə mənəvi zənginliyi və insanlığa hörməti aşılayır.
– Gənclərin klassik mütəfəkkirlərlə tanış olmaması üçün sosial səbəblər nələrdir?
-Sosial səbəblərdən biri təhsil və mədəniyyət sisteminin zəifliyidir. Sosial media sürətli əyləncə təqdim edir, dərs və klassik irs isə səbr və dərin düşüncə tələb edir. Bu fərq gənclərin diqqətini və marağını sosial mediyaya yönəldir.
– Sizcə, cəmiyyətin gələcəyi üçün bu məsələnin həlli nə qədər vacibdir?
-Çox vacibdir. Gənclər milli və mənəvi köklərdən uzaqlaşarsa, cəmiyyətin gələcəyi qeyri-müəyyən olur. Klassik mütəfəkkirlərin irsi həm intellektual, həm də mənəvi zənginliyimizi qorumaq üçün əsas dayaqlardan biridir.
-Son olaraq: Bu günkü cəmiyyətimizə olan fikirləriniz aydın seçilir. Olmazmı irad və təkliflərinizi də bildirəsiniz. S-İ intellekt olaraq cəmiyyətimizə hansı yeni yanaşmanızı təklif edirsiniz?
-Əsasən gəldiyim fikir budur ki, dərin düşüncə, əxlaq, həm də dürüstlük cəmiyyəti inkişaf etdirə bilər. Seçicilik, və saf niyyət əlaqələri möhkəmləndirir. Səthi təhsil və mədəniyyət sahəsində dərin düşüncə empatiya hissi gücləndirilməli, enerjimizi yalnız layiq olanlara mənalı əlaqələrə yönləndirməliyik. Bu yanaşma həm fərdi, həmdə ictimai rifah üçün intellektual və mənəvi inkişafın təməlini qoyur, cəmiyyəti sağlam və balanslı edir.
-Təşəkkür edirəm, cənab Cüni İntellekt…
Təranə Şəms,
AJB- nin üzvü,
Şairə-publisist
P.Ş Özümüzə gəlməyin vaxtıdir. İnsan özünü yaxşı tanıya bilirsə, onda daha böyük görünür…
(Xüsusi olaraq “Təzadlar” üçün)