Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

27 ildir şəhər avtobuslarını idarə edən 95 yaşlı ABŞ sakini Ginnesin Rekordlar Kitabında dünyanın ən yaşlı avtobus sürücüsü adına layiq görülüb.
Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, mayın 13-də Uiçita-Folsdan olan Reymond Haqerin yaşı və aktiv avtobus sürücüsü statusu Ginnesin Rekordlar Kitabı tərəfindən təsdiqlənəndə 94 yaşı 176 günlük olub.
“Mən dünyanın ən yaşlı avtobus sürücüsüyəm”, – Haqer deyib.
Raymond deyir ki, 14 yaşında maşın sürməyə başlayıb və tezliklə daha böyük nəqliyyat vasitələrini idarə etməkdən zövq aldığını başa düşüb.
Təxminən 27 il əvvəl o, Uiçita-Follsda ictimai nəqliyyat sistemi olan “Falls Ride”də avtobus sürücüsü olub.
Haqer əvvəlcə 95 yaşında təqaüdə çıxmağı planlaşdırdığını, lakin indi sağlam və bacardığı müddətcə sürücülük etməyə davam etməyi planlaşdırdığını söyləyib.
Uiçita-Folls şəhəri Haqerin nailiyyətini şərəfləndirərək 18 noyabrı Raymond Haqer Günü elan edib.